İlham Əliyev BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironu qəbul etmişdir

24 may 2010, 17:10
İlham Əliyev BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironu qəbul etmişdir

Prezident İlham Əliyev BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransında iştirak etmək üçün ölkəmizə səfər edən xanım Aşa Rouz Migiro BMT Baş katibi Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, Baş katib Azərbaycanda əldə olunan iqtisadi tərəqqini maraqla izləyir. Xanım Aşa Rouz Migiro Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı müraciətə görə minnətdarlığını bildirdi. Bu gün Azərbaycanın birinci xanımı ilə görüşdüyünü və çox maraqlı müzakirələr apardıqlarını bildirən qonaq, Mehriban Əliyevanın və Azərbaycan hökumətinin uşaqların sağlamlığı istiqamətində gördüyü işlərdən məmnun qaldıqlarını vurğuladı.

Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirin Azərbaycanda və konfransda iştirak edən ölkələrdə ümumi vəziyyətin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev BMT-nin Baş katibi hələ Koreya Respublikasının xarici işlər naziri işləyərkən onunla keçirdiyi görüşü məmnunluqla xatırladı.

Dövlət başçısı BMT Baş katibi Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş katibə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10