Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında İlham Əliyevin nitqi

14 oktyabr 2010, 13:51
Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında İlham Əliyevin nitqi

Sizi təbrik edirəm. “Günəşli” massivinə də qaz çəkildi, bu, böyük hadisədir. Bu hadisə münasibətilə sizi təbrik edirəm.

Mingəçevirin qaz verilməmiş təkcə bu massivi qalmışdı, burada heç vaxt qaz olmamışdır. Ancaq bu gün biz buna nail olduq. İndi mənə məlumat verildi ki, 2 min abunəçi, 2 min ailə, 2 min ev təsərrüfatı qaz alacaqdır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. 

Bu onu göstərir ki, bizdə aparılan qazlaşdırma siyasəti öz konkret nəticələrini verir. Bizim qaz ehtiyatlarımız çoxdur, təbii ehtiyatlarımız da vardır. Biz indi qazı başqa ölkələrə də ixrac edirik. Belə olan halda, ilk növbədə, Azərbaycan vətəndaşları bu imkanlardan istifadə etməlidirlər. Qarşıya vəzifə qoyulub ki, Azərbaycanda əhalinin, müəssisələrin, yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılsın. Bu, çox böyük göstəricidir. Çünki Azərbaycanda elə ucqar kəndlər var ki, oraya bəlkə də qaz xətti çəkmək o qədər də sərfəli deyildir. Biz oranın enerji problemlərini başqa yolla həll edirik. Ancaq biz əsas yaşayış məntəqələrinə - böyük şəhərlərə, qəsəbələrə, kəndlərə qazın verilməsini təmin edirik.

Dövlət Neft Şirkəti son zamanlar həm Bakıda, həm də bütün rayonlarda böyük qazlaşdırma işləri aparır. Demək olar ki, hər ay hansısa yeni yaşayış məntəqəsinə qaz çəkilir. Köhnə kəmərlər, borular təzələri ilə əvəz olunur, təzyiq normallaşır. Bu işlər onu göstərir ki, Azərbaycanda sosial siyasət çox güclüdür.

Mən qeyd etdim ki, biz təbii qazı başqa ölkələrə də ixrac edirik və ixrac qiyməti daxili qiymətdən ən azı iki dəfə çoxdur. Ancaq bu, bizim üçün sosial məsələdir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Azərbaycanda çoxdan aradan qaldırılıb. Qazlaşdırmanın böyük hissəsi həll olunub. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. Çalışacağıq ki, Azərbaycanın bütün şəhərləri, bütün rayonları içməli su ilə təmin olunsun, bütün kanalizasiya xətləri tikilsin. Çünki vaxtilə əksər rayonlarımızda kanalizasiya olmamışdır. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcək ki, vətəndaşlarımız ildən-ilə daha da yaxşı yaşasınlar.

Mənə deyirlər ki, bu massiv əvvəllər bağlar massivi olubdur. Burada bağlar salınmışdır.

Sonra qəsəbəyə çevrilibdir və insanlar uzun illərdir ki, burada yaşayırlar. Azərbaycan dövləti elə etməlidir ki, daha da yaxşı yaşasınlar. İndi qaz veriləndən sonra siz görəcəksiniz ki, bu, insanlara nə qədər əlavə imkanlar yaradır, rahatlıq verir. Həm də ki, bu, çox ucuz enerji növüdür. Bilirsiniz ki, Azərbaycanda bütün bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Biz heç vaxt imkan vermərik ki, bu qiymətlər kiminsə tərəfindən süni şəkildə şişirdilsin. Yəni, dövlət buna nəzarət edir. Biz elə etməliyik, qiymət elə olmalıdır ki, insanların onu ödəməyə maddi imkanları çatsın. İşıq, qaz qonşu ölkələrlə müqayisədə bizdə çox ucuzdur. Belə olan halda, qazdan istifadə etmək iqtisadi cəhətdən də insanlara çox sərf edir.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. Burada Neft Şirkətinin mütəxəssislərini görürəm. Mən iki gün bundan əvvəl Neft Şirkətinin yeni inzibati binasının təməl daşının qoyulması ilə əlaqədar tədbirdə demişdim ki, “Azəriqaz”ı Neft Şirkətinin tabeliyinə verəndən sonra işlər daha da sürətlə getməyə başlamışdır. Bax, bu gün burada təqdim olunan layihələr, bizim bütün planlarımızı bir daha açıq-aydın göstərir.

Azərbaycan daxili tələbatını ödəyib və ödəyəcək, xarici bazarlara çox inamla daxil olur. Biz qonşu ölkələrə qazı ixrac edirik. Baxmayaraq ki, bəzi ölkələrdə qaz hasilatı bizimkindən bir neçə dəfə çoxdur. Ancaq biz həm qazı, həm neft və neft məhsullarını, elektrik enerjisini ixrac edirik. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı düzgün əsaslar üzərində qurulub, güclü dövlət nəzarəti olan tam bazar iqtisadiyyatıdır. Bax, budur bizim yanaşmamız.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.

 

SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02